[b]Ər arvadını və baldızını bıçaqladı [/b]
28 oktyabr 2016 15:06 (UTC +04:00)

[b]Ər arvadını və baldızını bıçaqladı [/b]

 

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə bu gün Sabunçu rayonu, E. Mehdiyev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

 

Həmin ünvanda yaşayan, 1976-cı il təvəllüdlü Oqtay Təhməzov ailədaxili münasibətlər zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvira Nəsirovanı və həyat yoldaşının bacısı, 1991-ci il təvəllüdlü Eminə Nəsirovanı bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən O. Təhməzov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223
avatar

APA Baycan

Oxşar yazılar