Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə gecə saatlarındavyolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri aparılacaq. Agentlikdən Lent.az-a verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Mehdi Hüseyn küçəsində, həmçinin Yasamal rayonu, Parlament prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.