Bakı BPİ DYPİ-nin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovun ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən yoxa çıxdığı və sonradan tapıldığı barədə xəbər vermişdik. Fevralın 3-də xidmətini başa vurandan sonra dostugilə gedib və dünən evlərinə qayıdıb.
Məlum olub ki, sözügedən polis axtarıldığından xəbərsiz imiş...
Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov virtualaz.org-a bildirib ki, böyük ehtimalla DYP əməkdaşı Əliş Kərimov yol verdiyi səhlənkarlığa görə işdən çıxarılacaq.
Qeyd edək ki, DYP əməkdaşının böyük məbləğdə borclu olduğuna görə gizləndiyi bildirilib. Onun qumar oyunlarında uduzduğu iddia edilib.