Bakının Nəsimi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, 3-cü mikrorayon dairəsi yaxınlığında, C.Səlimov küçəsində avtomobil 1968-ci il təvəllüdlü Məmmədov Elçin Fəqan oğlunu vurub.
E.Məmmədov 1 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.