<b>Bakıda avtobus ahıl piyadanı vurdu</b>
26 oktyabr 2016 14:14 (UTC +04:00)

Bakıda avtobus ahıl piyadanı vurdu

"BakuBus" MMC-nin avtobusu yaşlı qadını vurub.

Lent.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonunda Mirəli Qaşqay küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.

Belə ki, "BakuBus" MMC-yə məxsus 8 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən piyada 73 yaşlı Simuzər Məmmədovanı vurub. S.Məmmədova Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. O kəllə-beyin travması alıb. Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti orta-ağırdır.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Məlum olub ki, piyada parkinq ərazisindən çıxaraq avtobusun sağ tərəfinə çırpılıb.

"BakuBus" MMC-nin mətbuat xidmətindən fakt təsdiqlənib. MMC-dən bildirilib ki, baş vermiş hadisə ilə bağlı yol polis əməkdaşlarının rəyi əsasında avtobusun sürücüsünə qarşı lazımi tədbir görüləcək: "Sözügedən avtobus həmin yolda nəzərdə tutulan sürət həddini aşmayıb".

Faktla bağlı "BakuBus" MMC və Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar