Bakıda 4 nəfərdən ibarət cinayətkar dəstə üzvləri həbs edilib.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-dən 26-dək olan müddətdə paytaxt sakinləri olan 5 nəfərə məxsus evlərdən pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunan Rəşid Eminov, Naxçıvan şəhər sakini Orxan Nağıyev, Qazax rayon sakini Nazir İsmayılov və Bakı şəhər sakini Heydər Bayramov tutulub.
R.Eminovdan 8,381 qram, O.Nağıyevdən 8,164 qram və N.İsmayılovdan 10,985 qram tiryək götürülüb.
Oktyabrın 28-də Bakı şəhər sakini Əjdər Əliyevin evindən geyim və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
N.İsmayılovun ətrafında aparılmış tədbirlərlə onun Ağcabədi rayon sakini Nadir Musayevə məxsus evdən 2000 manat pul və qızıl əşyalar oğurlaması, habelə O.Nağıyev və H.Bayramovla birgə Qazax rayon sakini Zülfüqar Həşimovun pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə alması da müəyyən edilib.