Ağdamda intihar hadisəsi baş verib.
APA-nın Qarabağ müxbirinin xəbərinə görə, rayonun Boyəhmədli kənd sakini Cəbiyev Hikmət Araz oğlu Quzanlı qəsəbəsində məskunlaşdığı evin həyətində özünü ağacdan asaraq intihar edib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.