[b]"Mercedes"  iki piyadanı vurdu[/b]
05 yanvar 2018 22:53 (UTC +04:00)

[b]"Mercedes" iki piyadanı vurdu[/b]

0

Cəlilabadda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, qəza hadisəsi Cəlilabad rayonunun Privolnoye  kəndində qeydə alınıb.

 

"Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Qəhrəman Yusif oğlu Qafarov və Rafiq Səxavət oğlu Qurbanovu vurub.

 

Hər iki yaralı Cəlilabad rayonunun Göytəpə şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır olduğundan onlar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

 

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar