Astarada mərkəzi bazarın yanması ilə bağlı FHN-ın açıqlaması
17 fevral 2014 20:02 (UTC +04:00)

Astarada mərkəzi bazarın yanması ilə bağlı FHN-ın açıqlaması

Astara şəhərinin mərkəzi bazarında baş verən yanğın söndürülüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Astara şəhərində ümumi sahəsi 9000 kv.m olan mərkəzi bazarın ərazisində taxta konstruksiyalardan ibarət, bir-birinə bitişik olan piştaxtaların yanar konstruksiyalar və piştaxtalara yığılmış geyim paltarları 1500 kv.m sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

# 928
avatar

Oxşar yazılar