“Xəzər Lənkəran” 5000 manat mükafat ayırdı
04 fevral 2014 16:44 (UTC +04:00)

“Xəzər Lənkəran” 5000 manat mükafat ayırdı

“Xəzər Lənkəran” futbol klubu marş və mahnı müsabiqəsinə start verib. Lent.az-ın məlumatına görə, müsabiqə klubun yaranmasının 10 illik yubileyi ilə əlaqədar elan olunub.

 

İştirakçılar mütləq peşəkar musiqi fəaliyyəti ilə məşğul olmalıdırlar. Mayın 5-də yekunlaşacaq müsabiqəyə qatılanlar təqdim etdikləri marş və ya mahnını tam hazır şəkildə, CD-yə yazılmış formatda klubun Bakı və Lənkəran ofisinə təqdim etməlidirlər.

 

“Xəzər Lənkəran” klubunun keçdiyi 10 illik tarixə həsr olunan marş və mahnının qalibi 5000 manat mükafat alacaq. 2-ci yeri tutana 3000 manat, 3-cü yerin sahibinə isə 1000 manat veriləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar