[b]“VAZ 2106” dirəyə çırpıldı, yaralılar var[/b]
12 yanvar 2017 23:55 (UTC +04:00)

[b]“VAZ 2106” dirəyə çırpıldı, yaralılar var[/b]

0

Tovuzda yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Kənd sakini 1995-ci il təvəllüdlü Elşad Çəfərov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan elektrik dirəyinə çırpılıb. Qəza zamanı sürücü və sərnişin, 1996-cı il təvəllüdlü Elgün Əhmədov müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər.

 

Vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar