“Range Rover” və “VA3-21015” toqquşdu - <span style="color:red;">YENİLƏNİB
05 mart 2014 10:37 (UTC +04:00)

“Range Rover” və “VA3-21015” toqquşdu - YENİLƏNİB

0

Bakının mərkəzində “Range Rover” və “VA3-21015” markalı avtomobillər toqquşub. APA TV-nin məlumatına görə, hadisə Bülbül və Zərifə Əliyeva küçələrinin kəsişməsində baş verib. “VAZ 21015” Zərifə Əliyeva, “Range Rover” isə Bülbül küçələri ilə hərəkət edirmiş. İlkin ehtimala görə, avtomobillərdən biri işıqforun qırmızı işığına məhəl qoymayıb və nəticədə toqquşma baş verib.

 

Toqquşmadan sonra "Range Rover"in sürücüsü idarəetməni itirib və maşını əvvəlcə işıqforun dirəyinə, daha sonra isə yaxınlıqdakı piyada keçidinə çırpıb. İşıqforun dirəyi yerindən qopub, piyada keçidinin divarının bir hissəsi dağılıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1298

Oxşar yazılar