“Qalatasaray”ın məşqində gərginlik: Melo bu dəfə Zanla toqquşdu
20 fevral 2014 19:07 (UTC +04:00)

“Qalatasaray”ın məşqində gərginlik: Melo bu dəfə Zanla toqquşdu

Türkiyə Superliqasının növbəti turunda “Beşiktaş”la keçirəcəyi oyundan öncə “Qalatasaray”ın məşqində gərginlik yaşanıb. Lent.az-ın məlumatına görə, məşqin sonlarında ikitərəfli oyun zamanı eyni komandada yer alan Felipe Melo və Gökhan Zan epizodların birinin ardından mübahisəyə başlayıb.

 

Onlar qışqıraraq, bir-birilərinin üzərinə yeriyiblər. Araya girən baş məşqçi Roberto Mançini, köməkçiləri və digər futbolçular mübahisəni aradan qaldırmağa çalışıblar. Bu zaman Zan “Siz bizə hörmət etmirsiniz. Biz sizi başımızın üstündə tuturuq, siz də bizə sayğı ilə yanaşmalısınız” deyə narazılığını dilə gətirib. Məşqin ardından hər iki futbolçu bazaya girib. Onların ardınca məşqçi Tuqay Kərimoğlu da gedib.

 

Qeyd edək ki, Felipe Melo daha öncə komanda yoldaşı Albert Riera ilə məşqdə mübahisəyə girərək, paltardəyişmə otağında dalaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651
avatar

Oxşar yazılar