Lent.az Bakıda qeydə alınmış ən son yol-qəza hadisələrinin videolarını yayımlamağa davam edir. Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan birinci yol qəzasında “Mersedes” markalı avtomaşının qırmızı işıqdan saymazyana şəkildə keçib qəza törətdiyi aydın görünür. Həmin avtomobilin sürücüsü qırmızı işığa o qədər əhəmiyyətsiz yanaşır ki, hətta sürəti də azaltmadan, sanki öz yoluyla hərəkət edirmiş kimi davranır və ağır qəza törədir. İkinci yol qəzasında isə qara rəngli “Prado” ağ rəngli digər avtomobilin yoluna çıxaraq hərəkət etmək istəyərkən onun zərbəsinə tuş gəlir. Ağ rəngli avtomobil kiçik həcmli olsa da, xırda toqquşma nəticəsində nəhəng “Prado”nu aşırır. Xoşbəxtlikdən həmin anda yolu keçən piyada bir qədər çevik hərəkət edib yoldan çıxır.
Növbəti yol qəzasında ağ rəngli avtomobilin sürücüsü kobud qayda pozuntusuna yol verir. Azadlıq meydanının baş tərəfində baş vermiş bu yol qəzasında ağ rəngli avtomobilin sürücüsü üçüncü zolaqda hərəkətdə olduğu halda, qəflətən sola dönməyə çalışır və bu zaman düzünə hərəkət edən digər avtomobilə toqquşur.