“APA Holding” MMC-nin Həmkarlar Təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Holdinqin direktorlar şurasının sədri Nurşən Quliyev xanımları şirkətin bütün kişi əməkdaşları adından təbrik edib.
Daha sonra Holdinqin prezidenti Vüsalə Mahirqızı şirkətin xanım əməkdaşlarına öz təbriklərini çatdırıb: “Beynəlxalq qadınlar günü münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə ailə səadəti, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”.
V. Mahirqızı tədbirdə iştirak edən xanım əməkdaşlarının həyatda güclü xanım olduqlarını qeyd edib. “Sizin sevinciniz mənim sevincim, kədəriniz kədərimdi. Sizinlə sevinib, kədərlənirəm. Ona görə də, daim xoşbəxt olmağı, sevincli günlərinizin bol olmasını arzu edirəm”.
Holdinqin həmkarlar təşkilatı adından şirkətin üç əməkdaşına pul mükafatı verilib. Tədbir şirniyyat süfrəsi ilə davam edib.