“Qəbələ”nin yarımmüdafiəçisi Endi Hallidey, nəhayət ki, müqavilə ilə məxsus olduğu “Reyncers” klubuna qayıdıb. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı “Sun” nəşri yayıb.
“Qəbələ” britaniyalı futbolçu ilə yollarını ayırdı
Xəbərdə bildirilir ki, Şotlandiya klubunun yarımmüdafiəçini geri qaytarmaq cəhdləri öz bəhrəsini verib. Belə ki, yayda “Qəbələ”yə birillik icarə əsasında keçən Hallideylə “qırmızı-qaralar” müqaviləyə xitam veriblər.
Futbolçu Qlazqo təmsilçisinin qış fasiləsindən sonra Floridada keçirəcəyi təlim-məşq toplanışına qatılacaq.
Qeyd edək ki, buna qədər Təmkin Xəlilzadəni transfer edən “Qəbələ” Aqil Məmmədov, Tellur Mütəllimov və Ekiqo Ehiosunla yollarını ayırıb.
229