“Mercedes” ağaca çırpılıb: sürücü ölüb, sərnişin yaralanıb
16 fevral 2014 06:58 (UTC +04:00)

“Mercedes” ağaca çırpılıb: sürücü ölüb, sərnişin yaralanıb

Şamaxıda gecə bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonu, Bakı-Qazax yolunun 122-ci kilometrliyində 1977-ci il təvəllüdlü Abbasov Eyub Nizami oğlu tərəfindən idarə olunan "Mercedes" markalı minik avtomobil ağaca çırpılıb. Dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü E.Abbasov hadisə yerində vəfat edib, avtomobildə olan sərnişin bədən xəsarətləri alıb.

 

Xilasedicilər hadisə yerinə çatana kimi sürücü vətəndaşlar tərəfindən avtomobildən çıxarılıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıb və Təcili Tibbi Yardım xidmətinə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 02:32-də başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1449

Oxşar yazılar

İçərisində 20 ton saqqız  olan TIR belə qarət olundu

İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu

12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə  öldü

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü

12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT:  azərbaycanlıların malları əllərindən alındı

Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı

12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25