“Azərbaycan dünyanın ən tolerant ölkələrindəndir”
14 fevral 2014 17:59 (UTC +04:00)

“Azərbaycan dünyanın ən tolerant ölkələrindəndir”

BMT Azərbaycanı dünyanın ən tolerant üç ölkəsindən biri sayır.


 

APA-nın verdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 2013-cü ildə dini fəaliyyət sahəsində həyata keçirilən tədbirlə bağlı keçirilən toplantıda deyib ki, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı dünyanın ən tolerant üç ölkəsi arasında Azərbaycanın adını iki dəfə çəkib.

 

E. İskəndərov bildirib ki, Azərbaycan tolerantlığın mühüm mərkəzlərindən biridir, bu, hamı tərəfindən təsdiq olunur. O, Azərbaycanın tolerant ölkə kimi təbliğ olunması sahəsində ciddi işlər görüldüyünü vurğulayıb: “Dünyada dini təşkilatların Azərbaycandakı dini qurumlarla çox güclü əlaqələri var. Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti nəticəsində bütün dünya dini liderləri Azərbaycanla çox isti münasibətdədirlər. Dövlət Komitəsi bu sahədə BMT və UNESCO baş qərargahlarında, Avropa Parlamentində konfranslar təşkil edib. Fransada Heydər Fondunun dəstəyi ilə rəsm sərgisi təşkil olunub. Eyni zamanda Dövlət Komitəsi tərəfindən “Azərbaycan İslam sivilizasiyasının incisi” layihəsi hazırlanıb, bununla əlaqədar “Türk dünyasının mədəniyyət paytaxtı” olan Əskişəhərdə həm konfrans, həm sərgi keçirilib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485
avatar

Oxşar yazılar