Türkiyənin Şanlıurfa şəhərində dəhşətli hadisə baş verib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Urfada yaşayan 39 yaşlı Halil Dağ ad günündə Urfa qalasından tullanaraq şəkil çəkdirmək istəyib. 8 uşaq atasının bu istəyi ona ölüm bahasına başa gəlib. Belə ki, o qayadan tullanan zaman sürüşüb və 40 metr hündürlüyü olan qayadan düşüb. Dərhal xəstəxanaya çatdırılan H.Dağ orada ölüb.
Qeyd edək ki, o anı əks etdirən görüntüləri H.Dağın yaxınları lentə alıblar.