Gəncədə oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-dən 7-dək olan müddətdə Gəncə lokomotiv deposundan elektrovoza məxsus 7 ədəd hava çənini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Ramal Məmmədov tutulub.
Araşdirma aparılır.