APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Zərqova kəndinin 70 yaşlı sakini Məhərrəmov Xudbəddin Qoçəhməd oğlu həyat yoldaşının məzarı başında kimyəvi maddə və benzin içib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, dünyasını dəyişən şəxsin həyat yoldaşı bir neçə gün bundan öncə ölüb. Onun bu hadisəyə dözməyərək intihar etdiyi bildirilir.
Faktla bağlı hüquq –mühafizə əməkdaşlarının araşdırmaları davam etdirilir.