Şəmkirdə oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 26-da rayon ərazisindəki 2 evdən 38.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bayramlı kənd sakini Şahmar Cəfərov saxlanılıb.
Onun ətrafında araşdırmalar davam etdirilir.