2013-cü ildə Azərbaycanda 2420 məhbus vaxtından əvvəl azadlığa buraxılıb
19 fevral 2014 18:06 (UTC +04:00)

2013-cü ildə Azərbaycanda 2420 məhbus vaxtından əvvəl azadlığa buraxılıb

Fevralın 19-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə geniş müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müşavirədə ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

 

Bildirilib ki, Penitensiar sistemin inkişafı çərçivəsində məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, onların öz ailələrinə yaxın ərazidə cəza çəkmələri və sosial adaptasiyasının asanlaşdırılması məqsədilə ötən il Şəkidə bir neçə müəssisəni birləşdirən yeni inşa olunmuş penitensiar kompleks istifadəyə verilib. Bununla yanaşı, Gəncədə, Lənkəranda, Bakının Zabrat və Umbakı qəsəbələrində də müasir belə infrastrukturlar yaradılır. Bu sahədə tətbiq edilən səmərəli ictimai nəzarət mexanizmi olan İctimai Komitənin üzvləri, habelə beynəlxalq təşkilatların nümayəndələri penitensiar müəssisələrə 230-dək başçəkmə həyata keçirib və bu zaman 200-dən çox məhkuma hüquqi yardım göstərilib. Həmçinin penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübəmizin öyrənilməsinə maraq göstərilərək bu məqsədlə xarici ölkələrin nümayəndələrinin ölkəmizə tanışlıq səfərləri davam edib. Qeyd olunmalıdır ki, BQXK ilə bu sahədə əməkdaşlığın uğurlu nəticəsidir ki, vərəmdən ölüm halları 60 dəfə, ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm halları 15 dəfə azalıb.

 

Bundan başqa qəbul edilmiş amnistiya qərarının icrası ilə əlaqədar ədliyyə orqanları və məhkəmələr tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, ümumilikdə amnistiya aktı 9900-dən artıq şəxsə tətbiq edilib, 2267 məhkum azadlığa buraxılb. Bununla yanaşı, dövlət başçısının 153 məhkum barəsində qəbul etdiyi Əfv sərəncamının icrası dərhal təmin edilib.

# 398
avatar

Oxşar yazılar

Bakıda yanğın:  1 nəfərin meyiti tapıldı

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

5 may 2024 , 09:21
Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -FOTO -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ-FOTO-VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31
Lənkəranda uşağın əli ətçəkən maşında  qaldı

Lənkəranda uşağın əli ətçəkən maşında qaldı

4 may 2024 , 16:35
Silsilə oğurluqlar edən "Qızlar dəstəsi"  ələ keçirildi

Silsilə oğurluqlar edən "Qızlar dəstəsi" ələ keçirildi

4 may 2024 , 16:10