105 inək xilas edilib
15 fevral 2014 10:06 (UTC +04:00)

105 inək xilas edilib

Fevralın 15-nə keçən gecə Tovuzun Yuxarı Öysüzlü kəndində (rayon mərkəzindən 6 km aralı) güclü yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 1330 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və damına yığılmış 1 ton ot bağlaması yanıb. Yanğın zamanı fermadan 105 baş iribuynuzlu heyvan yanğınsöndürənlər və əhalinin köməyi ilə xilas olunub.

 

# 578
avatar

Oxşar yazılar