Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.
Lent.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 saylı məktəbdə baş verib.
Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb.
O, 2 gün komada qalıb. Fearalın 25-də 55 yaşı tamam olan müəllim bu gün müalicə aldığı xəstəxanada vəfat edib.