Ramiz Mehdiyevin işləri üzrə məhkəmələr başlayır - AMEA-nın CİNAYƏT İŞİ
15 oktyabr 2025 14:36 (UTC +04:00)

Ramiz Mehdiyevin işləri üzrə məhkəmələr başlayır - AMEA-nın CİNAYƏT İŞİ

0

Ramiz Mehdiyevin həbsi onun adı keçən digər cinayətləri də yenidən gündəmə gətirdi.

Lent.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsi), 274 (dövlətə xəyanət) və 193-1.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə olunan əmlakı leqallaşdırma) maddələri ilə təqsirli bilinərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Buna qədər də Ramiz Mehdiyevin adı bir sıra cinayətlərdə hallanıb. 

Xəbər verdiyimiz kimi, Hesablama Palatasının Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ramiz Mehdiyevin rəhbərlik quruma rəhbərlik etdiyi (2020-2023) illəri əhatə edən yoxlama aparmışdı.

Yoxlamalar nəticəsində AMEA-da çoxlu sayda nöqsanlar və qanunsuzluqlar aşkarlanmışdı.

Aşkarlanan qanun pozuntularının bir çoxu üzrə cinayət işləri də açılıb.

Bir neçə gün əvvəl Baş prokuror Kamran Əliyev də jurnalistlərə açıqlamasında həmin cinayət işlərindən bir neçəsinin istintaqının artıq yekunlaşdığını və baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərildiyini bildirib.

Yaxın günlərdə həmin işlər üzrə məhkəmələr başlayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 692

Oxşar yazılar