Ramiz Mehdiyev dövlətə xəyanətdə  təqsirli bilinir - YENİLƏNİB
14 oktyabr 2025 22:32 (UTC +04:00)

Ramiz Mehdiyev dövlətə xəyanətdə təqsirli bilinir - YENİLƏNİB

0

Ramiz Mehdiyevin ittiham olunduğu maddələr məlum olub. 

Lent.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə təqsirləndirilir.

***

Saat 22:00

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.

Lent.az xəbər verir ki, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.

Qeyd edək ki, bu barədə ilk xəbəri "Teleqraf" yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1460

Oxşar yazılar