Qaxda minik avtomobili aşdı, xəsarət alanlar  var
15 dekabr 2025 20:46 (UTC +04:00)

Qaxda minik avtomobili aşdı, xəsarət alanlar var

0

 

Qaxda minik avtomobili aşıb, xəsarət alanlar var.

Lent.az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yevlax–Zaqatala–Gürcüstan sərhəd magistral yolunun Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Qax rayonunun İbaxlı kənd sakinləri - 34 yaşlı Əfqan Məmmədov və 32 yaşlı Seymur Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Əfqan Məmmədov əməliyyat olunduqdan sonra xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 816

Oxşar yazılar