Bakıda evlər qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Maştağa qəsəbəsi ərazisindəki 4 evdən pul, 15000 manat dəyərində 5 ədəd qapı, 14 ədəd xalça, kombi, radiator, su qızdırıcısı, təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb.
Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Əliyev saxlanılıb.
Araşdırma aparılır.