DTX-nın saxladığı Saleh Səmədovla bağlı məhkəmədən YENİ QƏRAR
25 dekabr 2025 19:26 (UTC +04:00)

DTX-nın saxladığı Saleh Səmədovla bağlı məhkəmədən YENİ QƏRAR

0

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanından verilən vəsatətə baxılıb.

Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.

Onu Dövlət Təhlükəsizliyi Xidməti həbs edib.

O, mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən də azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar