Bərdədə avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə şəhərin S.Vurğun küçəsində qeydə alınıb.
Cəfərov Nizami Bərxudar oğlu səhər saat 6:30-da idarə etdiyi “Mercedes Benz C220 CDI” markalı avtomobillə 71 yaşlı piyada Muradova Əsli Yaqub qızını vurub. Yaralı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.