Bakıda baş həkimin otağını yandıran tutulub.
DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, paytaxtda 9 saylı poliklinikada yanğın törədən 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
***
saat 14:47
Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğını söndürülməyə cəhd edilir.
Xəsarət alan olmadığı bildirilir, əlavə məlumat veriləcək.