Oktyabrın 1-də Zaqatala rayonunda Azərbaycan prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub.
Lent.az xəbər verir ki, bu münasibətlə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Rayon prokuroru Qabil Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir dəyirmi masa formatında davam etdirilib.