Bakıda və Abşeronda güclü küləklə bağlı XƏBƏRDARLIQ
18 oktyabr 2026 13:58 (UTC +04:00)

Bakıda və Abşeronda güclü küləklə bağlı XƏBƏRDARLIQ

0

Milli Hidrometeorologiya Xidməti oktyabrın 19-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Lent.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 20,8-28,4 metrədək güclənəcək.

Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlıda isə sarı xəbərdarlıq qüvvədə olacaq.

Bu ərazilərdə qərb küləyi əsəcək, sürəti saniyədə 13,9-20,7 metrə çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar