Aeroport yolunda AĞIR QƏZA:  hərəkət DAYANDI  -VİDEO
13 oktyabr 2026 09:44 (UTC +04:00)

Aeroport yolunda AĞIR QƏZA: hərəkət DAYANDI -VİDEO

0

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Aeroport şosesində qeydə alınıb.

Baş verən qəza səbəbindən “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Hadisə nəticəsində avtomobillərin hərəkəti çətinləşib, sözügedən istiqamətdə nəqliyyat axınının sürəti azalıb.

Sürücülərə yolda diqqətli olmaları, ara məsafəsini qorumaları və yol hərəkəti qaydalarına riayət etmələri tövsiyə olunur.

Qəzanın başvermə səbəbi, hadisədə iştirak edən nəqliyyat vasitələrinin sayı və xəsarət alanların olub-olmaması barədə hələlik məlumat verilməyib.

Hadisənin təfərrüatları araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar