41 yaşlı arvadını öldürdü, polisə təslim oldu  - Lənkəranda dəhşət
18 mart 2025 22:55 (UTC +04:00)

41 yaşlı arvadını öldürdü, polisə təslim oldu - Lənkəranda dəhşət

Lənkəranda 41 yaşlı qadın bıçaqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran şəhəri ərazisində baş verib.

Şəhər sakini Günel Allahverdi qızı Tahirova döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Çoxlu qan itirən G.Tahirova dərhal əməliyyat blokuna alınıb. Həkimlərin səylərinə baxmayaraq, o, əməliyyat zamanı ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 46 yaşlı İman Rövşən oğlu Tahirov könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar