“Fərda dedi ki, bir-iki günə bütün dünya ondan danışacaq”
Saxlanılan şəxs: “Hadisədən əvvəl onda silah görmüşdüm”
Azərbaycan Dövlət Neft Akademiyasında törədilən qanlı hadisə ilə bağlı şübhəli şəxs qismində saxlanılan Gürcüstan vətəndaşı, Marneuli rayonu Daştəpə kənd sakini Nadir Əliyev istintaqda dindirilib.
Bakı Şəhər Prokurorluğundakı mənbədən ANS PRESS-ə verilən məlumata görə, saxlanılan şəxs ifadəsində Fərda Qədirovla bir evdə kirayə yaşadığını və onunla həmyerli olduğunu deyib. N. Əliyevin sözlərinə görə, F.Qədirov hadisəni törətməmişdən əvvəl bir-iki günə bütün dünyanın ondan danışacağını deyib. F. Qədirovda silah gördüyünü deyən N. Əliyev qeyd edib ki, o, həmin silahla Gürcüstandakı həmyerlisi Hacıəhmədi öldürəcəyini söyləyib.
Faktla bağlı akademiyada yaradılan qərargahda Bakı şəhər və rayon prokurorluqlarının müstəntiqləri tərəfindən tələbə və Akademiyanın əməkdaşları dindirilir.
Xatırladaq ki, aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmin şəxs sonda özünü öldürüb. Cinayəti törədən şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb, intensiv tədbirlər həyata keçirilir.
Xatırladaq ki, meyitlərin hamısı ailələrinə təhvil verilib, F. Qədirovun meyiti Yasamal rayon məhkəmə tibbi ekspertizasındadır.

955