Ayaqqabılarınıza  naringi qabıqları qoyun – SƏBƏB
25 may 2024 13:33 (UTC +04:00)

Ayaqqabılarınıza naringi qabıqları qoyun – SƏBƏB

Naringi bir çoxlarının sevdiyi meyvə növüdür. Bəzən bir dəfəyə çoxlu sayda naringi yeyilir. Bəs, bu zaman onun qabıqlarını nə edirsiniz? Onları atmağa tələsməyin…

Lent.az xarici mediaya istinadən naringi qabıqları ilə edilən faydalı məsləhəti təqdim edir:

Ayaqqabılar çox vaxt pis qoxu mənbəyinə çevrilir. Bu, tər, həddindən artıq rütubət və mikroorqanizmlərin çoxalmasına görədir.  Məlumata görə, sitrus meyvələrinin bir az qurudulmuş qabıqları xoşagəlməz qoxuları neytrallaşdırır. Buna səbəb isə meyvədə olan  efir yağlarıdır.

Buna görə naringi qabıqlarını ayaqqabılarınıza qoyun. Hər ayaqqabı üçün 2-3 qabıq kifayətdir.  Daha sonra bir neçə saat gözləyin. Nəticə sizi çox təəccübləndirəcək. Naringi qabığı sayəsində xoşagəlməz qoxu yox olacaq. Ayaqqabılar təzələnir və xoş bir ətir hiss olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5943
avatar

Sevinc Fərid

Oxşar yazılar