Yılmaz Vural Azərbaycan yığmasına baş məşqçi təyin olunacağı barədə xəbərlərə aydınlıq gətirib. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Y. Vural sentyabrın 22-də Heydər Əliyevin xatirəsinə keçiriləcək mərasimə dəvət aldığını deyib: “Bundan sonra Bakıda açılacaq yeni idman kompleksinin qonağı olacağam. AFFA və bəzi rəsmilərin məni istədiklərini bilirəm. Ancaq mənim üçün rəsmi təklif hələ gəlməyib. Azərbaycana dəvət etdikləri üçün gedirəm. Rəsmi təklif gəlsə, Bakıda danışıqlar apararaq, məsələyə nöqtə qoya bilərəm. Anlaşdığım və imza atdığıma dair xəbərlər doğru deyil”.