ABŞ-la İran arasında etimadın yaranmasının çətin olacağı ehtimalı qaçılmaz görünür.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi bildirib ki, ABŞ hakimiyyətinə və onların verdiyi vədlərə inanmır.
«Biz amerikalılara bədbin yanaşır və onlara tamamilə inanmırıq. ABŞ hakimiyyəti etibarsızdır və onlar verdiyi vədləri yerinə yetirmir»- deyə, Xamneyi bəyan edib.
O, qeyd edib ki, istənilən «düşmənçilik fəaliyyətinin qarşısı alınacaq».