Rusiyanın Volqoqrad şəhərində sərnişin avtobusunda baş vermiş partlayışın Mahaçqala sakini Naidə Asiyalovanın törətdiyi haqda xəbər yayılıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bunu Dağıstanın hüquq-mühafizə orqanlardakı mənbə bildirib.
Məlumata əsasən, terror aktında şübhəli bilinən N.Asiyalova heç vaxt axtarışda olmayıb və onun adı heç bir cinayət işində hallanmayıb.
Asiyalova Naidə Süracəddin qızı 1982-ci ildə anadan olub. Onun islamı qəbul etmiş Soklov Dmitri Sergeyeviçlə (müsəlman adı Əbdülcabbardır) evləndiyi bildirilib.
Ailə üzvləri Əbdülcabbarın «yoxa» çıxdığını deyib.