Sentyabrın 17-də Ukraynanın İvano-Frankovsk vilayətinin Kolomıi şəhəri yaxınlığında «Zodiak» markalı idman təyyarəsi qəzaya uğrayıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, təyyarə iki yerli olub. Qəza nəticəsində 24 yaşlı pilot və 47 yaşlı mexanik həlak olub.
Mənbə bildirib ki, sükanın, şturvalın arxasında təyyarənin yiyəsinin oğlu olub.
Yerli sakinlər təyyarə uçarkən onun tüstüləndiyini sonra düşdüyünü deyiblər. Təyyarə əl yanğın söndürənləri ilə söndürülüb.