Britaniyada ixtisas artırma kursu keçən Ukrayna vətəndaşı Pavel Lapşin Birmingemdə təqaüdçünün öldürdüyünü və Uest-Midlends qraflığındakı məscidlərə basqın etdiyini boynuna alıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 25 yaşlı aspirant bu ilin aprelində Birmingemdə «Delcam» şirkətində “stajriovka” keçmək üçün bu i aprelin 25-də Britaniyaya gedib. O, 4 cinayəti törətdiyini etiraf edib.
Məhkəmədə o, aprelin 29-da təqaüdçü Məhəmməd Səlimi kürəyindən bıçaqlayaraq, öldürdüyünü, eləcə də üç məsciddə partlayıcı qurğu quraşdırdığın təsdiqləyib.
Lapşin ona qarşı irəli sürülən ittihamları boyuna aldığından məhkəmə bu cinayət işi ilə bağlı prosesi sürətləndirib.