Türkmən kəndi yandırıldı, bir neçə nəfər edam edildi!
06 oktyabr 2013 22:03 (UTC +04:00)

Türkmən kəndi yandırıldı, bir neçə nəfər edam edildi!

Bəşər Əsədə tabe olan qüvvələr bu gün Tartus yaxınlığında yerləşən, türkmənlərin yaşadığı Zoktürkmən kəndinə havadan zərbələr endiriblər.

 

Bu barədə APA TV-yə Suriya Türkmən Hərəkatının mətbuat katibi Əli Öztürkmən məlumat verib. Onun sözlərinə görə, hava zərbələrinin ardınca kəndə soxulan hökumət qoşunları onlarla insanı qətlə yetiriblər.

 

Daha sonra hökumətə qarşı çıxdığı iddiası ilə bir neçə türkmən hamının gözü qarşısında kənd meydanında edam olunub. Bölgədən gələn xəbərlərdə Zoktürkmən kəndində türkmən qadınlara təcavüz edildiyi, daha sonra kənddə od vurulduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3168
avatar

Oxşar yazılar