Türkiyəli nazir: «939 nəfər saxlanılıb, 79 nəfər yaralanıb»
02 iyun 2013 01:06 (UTC +04:00)

Türkiyəli nazir: «939 nəfər saxlanılıb, 79 nəfər yaralanıb»

Türkiyənin daxili işlər naziri Müəmmər Gülər  Taksim istirahət parkındakı olaylarla başlayan etiraz aksiyası ilə bağlı açıqlama verib.

 

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, o, deyib ki , bu gündə daxil olmaqla indiyədək orada 90-dan artıq nümayiş keçirilib. «939 nəfər saxlanılıb. Onların bir qisminin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb»-deyə, nazir söyləyib.

 

Gülərin sözlərinə əsasən, parkdakı olaylarla bağlı ölkə üzrə keçirilən aksiyalarda 19 İstanbuldan olmaqla 26 asayiş keşikçisi, 53 adi vətəndaş yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731
avatar

Oxşar yazılar