Ərdoğanın müavini açıq-saçıq geyinən teleaparıcını işdən çıxartdırdı
Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın sədri olduğu partiya qalmaqallı addım atıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, dünən “Bəyaz TV” telekanalında bir proqramda çıxış edən AKP sədrinin müavini şənbə günü telekanallardan birində aparıcının açıq-aşkar geyinməsindən şikayətlənib.
Hüseyin Çelik bildirib ki, kimsənin geyiminə qarışmırlar, ancaq belə geyim dünyada da qəbul edilməz. Hüseyin Çelikin şənbə günü ATV telekanalında efirə çıxan “Veliaht” yarışmasının aparıcısı Gözde Kansu olduğu anlaşılıb. Bu gün isə proqramın rejissoru Caner Erdem Gözde Kansu ilə yollarının ayırmasının hələ qətiləşmədiyini söyləsə də, günün sonunda teleaparıcının işdən uzaqlaşdırıldığı təsdiqlənib.