Türkiyədə növbəti qadağa tətbiq edilib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Əmək və Sosial Təminat Nazirliyi subay kişilərin və uşaqsız ailələrin evlərində xarici ölkə vətəndaşı olan qadınların əməyindən istifadə etməsinə qadağa qoyub.
Yəni xarici ölkədən əmək miqrantı kimi Türkiyəyə gələn qadınlar aşpaz, xadimə, qulluqçu və digər peşə sahibi qismində subay kişilərin və uşaqsız ailələrin evlərində işləyə bilməzlər.