ABŞ-da aparılan tibbi araşdırmalar narahatlıq doğuran nəticələr üzə çıxarıb.
Lent.az-ın verdiyi məlumata görə, “Newsweek” jurnalında dərc olunan araşdırmada qeyd edilir ki, artıq bakteriyalar antibiotiklərə qarşı daha dözümlü bir hala gəliblər.
Bu da son nəticədə bir çox xəstəliklərin müalicəsini çətinləşdirib. Hətta əvvəllər antibiotiklə çox asanlıqla müalicə edilən infeksiyalar belə artıq ölümlə nəticələnə bilir. Qusma və yüksək temperatur kimi halların da müalicəsi getdikcə çətinləşir. Mütəxəssislər bu durumu cəmiyyətin sağlamlığına yönəlik ən böyük təhdid sayırlar. Həkimlər hesab edir ki, artıq bəşəriyyət antibiotik sonrası dönəmə qədəm qoyur. Mütəxəssislər ürək köçürülməsi kimi əməliyyatların da antibiotik müalicəsi olmadan həyata keçirilə bilinməyəcəyinə diqqət çəkirlər.
Araşdırma bakteriyaların antibiotiklərə qarşı daha dözümlü hala gəlməsinin səbəblərini də müəyyənləşdiriblər. Bu sırada insanların ehtiyac olmadığı təqdirdə belə çoxlu dərman vasitələrindən istifadə etməsi ilə bərabər, günümüzdə quşçuluq sənayesinin sürətli inkişafı da xüsusi qeyd edilib. Çünki hazırda dünyada qida rasionunda geniş yer tutan, broyler müəssisələrində yetişdirilən toyuqların sürətlə böyüməsi üçün antibiotiklərdən geniş istifadə edilir.