İndoneziyada Qərbi Timorun Kupanq şəhərində timsah balıqçı kişini diri-diri yeyib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 11 uşaq atası 53 yaşlı Sem Ledo Amabi çayına balıq tutmağa gedib, ancaq evə dönməyib.
Ailə üzvləri və polis onu axtarmağa başlayıb. Çayın sahilində onun balıq olan səbətini, kişinin ayaqqabısını, tilovunu aşkarlayıblar. Bir müddət sonra çaydan Ledonun kəlləsi və bədəninin başqa üzvləri tapılıb.
Yerli polisin məlumatına əsasən, son 1,5 ildə bu bölgədə timsahlar azı 5 nəfəri öldürüb.