Tiflisdə restoranlardan birində gürcülərlə ermənilər arasında kütləvi dava-dalaş olub.
Lent.az-ın «news.am»-a istinadən məlumatına görə, hadisə paytaxtın Ortaçala rayonunda baş verib.
Olay şahidləri bildirib ki, qonaqlardan birinin «bu şəhərdə ermənilər başımıza çıxıb» deməsi restoranda olan ermənilərin hiddətinə səbəb olub. Qarşılıqlı atmacaların sonu kütləvi əlbəyaxaya ilə nəticələnib.
Nəticədə 10 nəfər erməni möhkəm döyülüb. Davaya qonaqlarla yanaşı restoranın mühafizəçilər də qatılıb.
Qeyd edək ki, hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi fərqli versiya irəli sürüb. Rəsmi versiyaya görə, münaqişənin etnik zəmində deyil, erməninin restoran əməkdaşı olan qadına sataşması səbəb olub.